Köhnə bank kartlarını atmayın, içində qızıl var
05 Noyabr, 10:50   |    Baxış sayı: 623

Köhnə bank kartlarını atmayın, içində qızıl var

Bir çox insanlar istifafə müddəti bitmiş bank kartlarını atmağa üstünlük verirlər. Lakin bu səhv addımdır.
 
EkoNews xəbər verir ki, plastik kartın üzərində nömrə, sahibinin adı və istifadə müddəti, əks tərəfdəki maqnit zolaqda vacib informasiya yerləşir. Bu informasiyalar çox asanlıqla cinayətkarların əlinə düşə bilər.
 
Bank kartını yandırmaqdan da çəkinin, zəhərlənmək ehtimalınız var.
 
İstifadə müddəti bitmiş kartlarla nə etmək olar?
 
Bankla müqavilənin şərtlərində kart bankın mülkiyyəti hesab olunur. Kartı banka geri qaytarmaq vacibdir. Sizin geri qaytardığınız kart bankın xüsusi avadanlığında şreder vasitəsilə məhv edilir..
 
Əgər kart kombinə edilmişdirsə, başqa sözlə təkcə maqnit zolağı deyil, həm də çip varsa, onda onu çıxarırlar, çünki onun tərkibində qızıl var və onu xüsusi instansiyaya göndərirlər.