Kənd Təsərrüfatı Nazirliyinə 11 min zəng edilib - ÇAĞRI MƏRKƏZİ

Kənd Təsərrüfatı Nazirliyinə 11 min zəng edilib - ÇAĞRI MƏRKƏZİ

2018-cı il ərzində Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzində 11 min 74 müraciət qeydə alınıb.
 
EkoNews xəbər verir ki, müraciətlər əsasən nazir İnam Kərimovun respublikanın regionları üzrə ayrı-ayrı rayonlarda keçiriləcək qəbullarda
iştirak etmək, kənd təsərrüfatı məhsulların satılmasına köməklik göstərməsi, Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən təşkil edilən yarmarkada iştirak etmək və "Kənddən şəhərə” layihəsi ilə əməkdaşlıq etmək, arı ailələrinə görə subsidiyaların verilməsi, iri buynuzlu mal-qara arasında aparılmış süni mayalanma nəticəsində doğulan hər buzova görə subsidiya ödənilməsi, güzəştli kreditlərin verilməsi, damazlıq heyvanların lizinqi, yeni texnika alınması, pambıq yığımının başa çatdırılması, daşınması və təhvil verilmiş pambığa görə ödənişlərin verilməsi, gübrələrin güzəştli satışı, taxılçılıq təsərrüfatlarının kombaynlarla təmin olunması, AMAL layihəsi ilə əməkdaşlıq, Aqrar könüllülərə qoşulma və digər məsələlərlə bağlı olub.
 
Çağrı Mərkəzinə daxil olan müraciətlər qanunauyğun qaydada cavablandırılıb və hər bir müraciət üzrə müvafiq izahat işləri aparılıb. Həmçinin, müraciətdə qaldırılan məsələlərin araşdırılması və qısa müddətdə həll olunmasını təmin etmək məqsədi ilə vətəndaşlar Nazirliyin müvafiq struktur bölmələri və tabeli qurumları ilə əlaqələndirilib. Nazirliyin fəaliyyətinə aid olmayan zənglər, sorğular isə müvafiq aidiyyəti
orqanlara yönləndirilib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR