İstanbulun yeni aeroportundan Bakıya bilet qiyməti açıqlandı
12 Oktyabr, 16:21   |    Baxış sayı: 43

İstanbulun yeni aeroportundan Bakıya bilet qiyməti açıqlandı

29 oktyabrda açılışı ediləcək Türk Hava Yollarına məxsus İstanbul Yeni Hava Limanının ilk uçuşları müəyyənləşib.

EkoNews Hurriyet-ə istinadən xəbər verir ki, yeni hava limanından ilk səfər 31 oktyabrda Ankaraya gerçəkləşdiriləcək. İlk xarici səfər isə İstanbuldan Bakıya olacaq. 31 oktyabr-31 dekabr tarixlərində hər gün İstanbul-Bakı səfərləri planlaşdırılır. Bakıya gediş-gəliş biletinin qiyməti 99 dollar olacaq. Səfərlər "Boeing 737-800" təyyarələri ilə həyata keçiriləcək. 

2 aylıq sınaq dövründən sonra 2019-cu ildən etibarən Atatürk Hava Limanında reallaşdırılan səfərlərin İstanbul Yeni Hava Limanına köçürülməsi üçün plan hazırlanacaq. İlk həftələrdə uçuşlar yalnız Türkiyə daxilində, həmçinin Azərbaycan və Şimali Kipr Türk Respublikasına gerçəkləşdiriləcək.