İran neft gəlirlərinin asılılığından qurtulmaq istəyir

İran neft gəlirlərinin asılılığından qurtulmaq istəyir

İranın büdcə quruluşunda yeni islahatlar gəlirlərin neft daxilolmalarından birbaşa asılılığına tam olaraq son qoymağa yönəlib.

EkoNews "Report"a istinadən xəbər verir ki, bunu İranın Planlaşdırma və Büdcə Təşkilatının rəhbəri Məhəmməd Baker Novbəxt 20 mart 2020-ci ildə başlayacaq növbəti İran maliyyə ili üçün büdcə quruluşunun hazırlanmasına dair ilk sessiyanın iclası zamanı deyib.

"Sanksiyalarla əlaqədar çətin dövrləri nəzərə alsaq, büdcə ehtiyatlarının əhəmiyyətli bir hissəsini itirəcəyik; buna görə, gələn ilin büdcə islahatlarının neft gəlirlərindən birbaşa asılılığı sıfıra endirəcəyinə əmin olmaq lazımdır", - deyə o, qeyd edib.

Noubəxt əlavə edib ki, hətta sanksiyalarsız adi şəraitdə belə İrana əvvəlki kimi neft gəlirlərindən asılılığı azaltmaq lazımdır.

"İlk dəfə olaraq ölkənin büdcə strukturunda islahatlar yolunda vacib bir addım atdıq", - deyə o bildirib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR