İnternetin yaradıcısı onu məhv etmək niyyətindədir
03 Oktyabr, 11:56   |    Baxış sayı: 45

İnternetin yaradıcısı onu məhv etmək niyyətindədir

Müasir internetin yaradıcısı Timoti Berners-Li yeni strukturu olan "Inrupt”u təqdim edib. Layihə çərçivəsində yeni tətbiqlər yaradılacaq ki, bu da istifadəçilərə şəxsi məlumatlarını saxlamaq hüququ verəcək. 

Bununla bağlı "Business Insider” məlumat yayıb.  "Inrupt” Berners-Linin komandasının bir neçə ildir üzərində işlədiyi "Solid” layihənin kommersiya tərəfini təmin edəcək. 

Yeni yaradılan birlik bütün məlumatları serverlərində saxlamaq qabiliyyətinə malikdir. 

"Hazırladığımız bütün yaxşı strukturlara baxmayaraq, internet güclü qüvvələrin əsas təsir sahəsinə çevrilib. Dünya şəbəkəsi tarixində həlledici vaxt çatıb və onun tərzini dəyişmək lazımdır”, - o bildirib. 
 
© Oxu.az