03 Oktyabr, 11:30   |    Baxış sayı: 333

"İnstagram" çökdü, "Facebook" şirkətində ardıcıl 2-ci problem

"İnstagram" sosial şəbəkəsində problem yaranıb.

EkoNews xəbər verir ki, nə mobil versiyada, nə də veb versiyada sosial şəbəkəyə daxil olmaq mümkün deyil. İstifadəçilərin öz hesablarına girişində problemlər yaranıb. 

Qeyd edək ki, bir neçə gün öncə "Facebook"da belə bir problem yaşanmışdı. Şirkət 50 milyona yaxın insanın hesablarına haker hücumunun olduğunu açıqlamışdı.