AZAL 3 ayda Tbilisiyə 19 mindən çox sərnişin daşıyıb

AZAL 3 ayda Tbilisiyə 19 mindən çox sərnişin daşıyıb

Bu ilin I rübündə "Azərbaycan Hava Yolları” QSC (AZAL) Gürcüstana 19 265 sərnişin daşıyıb.

EkoNews "Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyinin hesabatında bildirilib.

Yanvar-mart aylarında Azərbaycanın milli aviadaşıyıcısının Gürcüstanın aviasiya bazarındakı payı 2% təşkil edib.

Hesabat dövründə xarici aviaşirkətlər Gürcüstana, ümumilikdə, 883 559 sərnişin daşıyıb. Sərnişinlərin sayına görə birinci yerdə 152 697 nəfərlə "Wizz Air” şirkətidir. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq "Türk Hava Yolları” (110 962 nəfər), "Gürcüstan Hava Yolları” şirkəti (99 324 nəfər) qərarlaşıb.

Qeyd edək ki, 2017-ci ilin sentyabrın 1-dən etibarən Bakıdan Gürcüstanın paytaxtı Tbilisiyə uçuşları AZAL-ın nəzdində fəaliyyət göstərən "Buta Airways” aşağı büdcəli aviaşirkət həyata keçirir. Ötən il bu aviaşirkətlə Gürcüstan paytaxtına 95 052 sərnişin daşınıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR