İlham Əliyev məşhur robotla nədən danışdı? (VİDEO)
23 Oktyabr, 10:55   |    Baxış sayı: 1389

İlham Əliyev məşhur robotla nədən danışdı? (VİDEO)

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev İmişli rayonuna səfəri çərçivəsində "ASAN Həyat” kompleksinin açılışında iştirak edib. Kompleksdə dünyaca məşhur Robot Sofia dövlət başçısına təqdim olunub.

EkoNews xəbər verir ki, İlham Əliyev süni intellektin idarə etdiyi android-robotla söhbət edib. İngilis dilində gedən söhbət zamanı Sofia Azərbaycanda gedən proseslər haqqında məlumatlı olduğunu deyib, həmçinin ASAN Xidmət konsepsiyası ilə bağlı fikirlərini bölüşüb.

"Siz elektron idarəçiliyə və innovasiya ekosisteminə xüsusi diqqət ayırırsınız",- deyə Sofiya dövlət başçısı ilə söhbətində bildirib.