IFC Azərbaycan banklarına 500 mln. dollara yaxın kredit verib
15 May, 12:49   |    Baxış sayı: 49

IFC Azərbaycan banklarına 500 mln. dollara yaxın kredit verib

Son 20 il ərzində Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) kredit xətti ilə Azərbaycan banklarına 500 mln. ABŞ dollarınadək vəsait kiçik və orta sahibkarların bizneslərinin və onun daxilində 25 minə yaxın qadın sahibkarlarının dəstəklənməsinə yönəldilib.

Bunu "Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında özəl şirkətlərin rolu” mövzusunda təşkil olunan tədbirdə çıxış edən IFC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aliyə Əzimova deyib.

Onun sözlərinə görə, bundan əlavə IFC ölkədə ilk beynəlxalq hotel zəncirinin açılmasına, habelə ölkədə mikro-maliyyə xidmətləri göstərən ilk kommersiya bankının  yaradılmasına dəstək verib. (ONA)