“Huawei” süni intellekt üçün 200 milyon ayırdı
14 Oktyabr, 13:33   |    Baxış sayı: 78

“Huawei” süni intellekt üçün 200 milyon ayırdı

"Huawei Technologies” şirkəti süni intellektin inkişafı proqramına 200 milyon dollar ayırıb.

Bunu "Huawei Connect” konfransında şirkətin vitse-prezidenti Çjen Elay deyib.

Qeyd olunan məbləğ yaxın 3 il ərzindəki xərcləri ödəyəcək. Maliyyə yalnız elmi fəaliyyət üçün deyil, həmçinin mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulub.

Gələcəkdə "Huawei Technologies” alim və mütəxəssislər üçün bir neçə məşğələ mərkəzi istifadəyə vermək niyyətindədir. Həmçinin şirkət sözügedən mövzu üzrə pulsuz kurslar təşkil edəcək.

©Oxu.az