HSBC-nin baş direktoru istefa verdi

HSBC-nin baş direktoru istefa verdi

Dünyanın və Böyük Britaniyanın aparıcı bank qrupu - HSBC-nin baş direktoru Con Flint vəzifəsindən istefa verib. 

EkoNews bu barədə "İnterfaks" agentliyinə istinadən xəbər verir. 

Məlumata görə, o, həmçinin holdinqin Müşahidə Şurasındakı vəzifəsini də tərk edib. 

Məsələ ilə bağlı HSBC-nin açıqlamasında isə bildirilir ki, "getdikcə çətinləşən və problemli" qlobal mühitdə rəhbər dəyişikliyinə ehtiyac var. C.Flint isə Bankın maliyyə göstəricilərinin qənaətbəxş olduğunu bildirib. Qeyd edək ki, bu ilin I yarısında HSBC-nin vergiyəqədərki mənfəəti 12,4 milyard ABŞ dolları v yaxud 10,2 milyard funt sterlinq təşkil edib ki, bu da illik müqayisədə 15,8% çoxdur. 

HSBC-yə müvəqqəti olaraq 2015-ci ildən "Global Commercial Banking”ə rəhbərlik edən və 32 ildir bu şirkətdə çalışan Noel Kuin rəhbərlik edəcək. / Report

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR