Həyat sığortası DSMF-yə alternativdirmi? (Ekspert)
02 Oktyabr, 12:17   |    Baxış sayı: 51

Həyat sığortası DSMF-yə alternativdirmi? (Ekspert)

Azərbaycan sığorta bazarının ən çox inkişaf edən istiqaməti həyat sığortasıdır. Həyat sığortasından yığılan pulların əksəriyyətini isə  yüksək əmək haqqı ilə işləyənlər ödəyirlər.

Sığorta eksperti İlkin İbrahimov həyat sığortası yığmlarının artması haqqında EkoNews-a danışıb.

"Həyat sığortasında yığımlar yüksək sıçrayışla artmışdır. Sığorta yığımlarının artmasını daha çox  qısamüddətli prespektivlər üçün daha yaxşı qazanc və riskin sığortalanması baxımından vətəndaşa sərfəliliyi kimiizah etmək olar. Misal üçün hazırda hansısa həyat sığorta şirkəti 500 AZN-dən çox olan əmək haqları üçün kollektiv müqavilələr təklif edirlər. Burada 200 AZN əmək haqqından çıxılmanı DSMF-yə ödəməklə, qalan hissəni özü üçün cəlb edir. Yəni, mən 1000 AZN əmək haqqı alıramsa, 200 AZN-dən DSMF-yə ödəmələr (0.5 % işsizlık sığortası, 3% sosial fond, 14 % gəlir vergisi) etməklə bir tərəfdən digər qalan 800 AZN məbləğindən olan tutulmaları 3-5 illik müqavilələr bağlamaqla fonda gedəcək 17,5% məbləğini həmin müddətin sonunda alacağımızı təmin edirik".

Ekspert bildirib ki, həyat sığortasına edilən ödəmələr hər hansı sığorta hadisəsinə (ölüm, əlillik dərəcəsinə görə müəyyən olunmuş kompensasiyanın alınmasına) görə sığorta kompensasiyası almaq riskini özündə sığortalayır.