Hər il 20 milyon turist cəlb edən kilsə (FOTO)
20 Oktyabr, 14:32   |    Baxış sayı: 87

Hər il 20 milyon turist cəlb edən kilsə (FOTO)

Barselonanın simvolu sayılan "Sagrada Familia" kilsəsinin tikintisinin icazəsiz olduğu aşkarlanıb.

EkoNews xəbər verir ki, 136 ildir ki, sənədsiz qalan kilsə ilə bağlı bələdiyyə müsabət cavab verib. Buna baxmayaraq, sənədsiz fəaliyyətə görə kilsə 35 milyon avro cərimələnib.

İnşaatı 1882-ci ildə başlanan kilsə cəzanı ödədikdən sonra tikinti üçün icazə sənədini alacaq.

Tikintisi hələ də davam edən  kilsə hər il  20 milyon turist cəlb edir. İnşaatının bitməsi üçün hələ 8 il vaxtın lazım olduğu da bələdiyyə tərəfindən açıqlanıb.