Həftə sonu tətili 3 gün olmalıdır
03 Sentyabr, 14:16   |    Baxış sayı: 156

Həftə sonu tətili 3 gün olmalıdır

Amerikada həyata keçirilən yeni araşdırmaya görə, həftə sonu tətilinin iki gün olması həftə boyu iş tempimizə pis təsir edir. Həftədə 2 günün tətil olması səhhətimizə olduqca neqativ yöndə təsir edir. Bunun səbəbi isə bədənimizin daxili saatıdır. 

 
Çoxumuz bu iki günə qaçırdığımız yuxunu, həftə içində görə bilmədiyimiz hər cür işi və əyləncəni sığışdırmağa çalışııq. Araşdırmalar göstərib ki, iki günlük həftə tətili bədənimizin daxili ritmini pozur. Hətta həftənin sadəcə iki günü daha çox yatmaq iş yerindəki və gündəlik həyatımızdakı performansa mənfi təsir göstərir. Mütəxəssislər bundan çıxış yolu olaraq həftə ərzində istirahət günlərinin sayının üçə çıxarılmasını təklif edir. Bu ana qədər toplanan məlumatlar da bu teoriyanı dəstəkləyir. 

Yeni Zelandiyada bir şirkət 2 ay boyunca həftənin 4 gününü iş günü edib. Nəticələrə görə, işçilərin 78 faizi özəl həyatla iş arasındakı müvazinəti qaydasına qoyduğunu deyib. Bundan başqa, 5 iş günü çalışanda bu faiz sadəcə 54 faiz olur.

"Perpetual Guardian” adlı firmada çalışan 240 əməkdaş iki ay boyunca 4 gün çalışıb, 5 günün pulunu aldı. Şirkətdəki stress səviyyəsi 7 faiz azaldığı halda, həyat doyum səviyyəsi 5 faiz artdı.

Alimlər iddia edir ki, bu, həm çalışanlar, həm də işverənlər üçün sərfəli bir anlaşmadır. Belə ki, bu halda işçilər daha çox dincəlib, daha məhsuldar çalışa bilirlər.