Həftə ərzində istidən 7 nəfər öldü

Həftə ərzində istidən 7 nəfər öldü

Ötən həftə ərzində Yaponiyada anomal istilər səbəbindən 7 nəfər ölüb.
EkoNews "TASS"a istinadən xəbər verir ki, bu barədə Yaponiyada Fövqəladə Hallar Nazirliyinin və təcili yardımın funksiyalarını yerinə yetirən Baş yanğın xidmətindən bildiriblər.

Məlumata əsasən, son 7 gün ərzində Yaponiya ərazisində istilər səbəbindən 7338 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 7-si dünyasını dəyişib.

Qeyd edilir ki, ölkənin bəzi regionlarında havanın temperaturu 35 dərəcədən yüksəkdir.

Xatırladaq ki, ötən il anomal istilər səbəbindən Yaponiyada 150-dən artıq insan ölüb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR