Gürcüstanın turizmdən builki gəliri 1 mlrd. dolları ötdü

Gürcüstanın turizmdən builki gəliri 1 mlrd. dolları ötdü

Bu ilin yanvar-may aylarında Gürcüstanın beynəlxalq turizmdən gəliri 1,1 mlrd. dollar təşkil edib.

EkoNews "Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə gəlir 101 mln. dollar və ya 9,8% artıb.

Yalnız may ayında qonşu ölkə turizmdən 281 mln. dollar gəlir əldə edib ki, bu da ötən ilin eyni göstəricisindən 35 mln. dollar və ya 14,2% çoxdur.

Qeyd edək ki, bu ilin il beş ayında Gürcüstana 2 988 478 əcnəbi səfər edib. Turistlərin sayı 1 655 163 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 121 378 nəfər və ya 7,9% çoxdur.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR