Google, Facebook və Amazon şirkətləri Fransada vergi ödəyəcək

Google, Facebook və Amazon şirkətləri Fransada vergi ödəyəcək

Fransa Senatının bu gün qəbul etdiyi qanunla texnologiya nəhənglərinə rəqəmsal vergi tətbiqini işə salan ilk Avropa ölkəsi oldu. 

EkoNews xarici mediaya istinadən xəbər verir ki, Facebook, Amazon və Google kimi texnologiya şirkətləri ölkədə əldə etdikləri gəlirin yüzdə üçünü vergi olaraq ödəyəcək. Qanuna əsasən, bütün dünyada satışı ildə 750 milyon avro, Fransadakı satışı isə  25 milyon Avronun üzərində olan texnologiya şirkətlərinə vergi kəsiləcək.
Qanun 2019-cu il etibarı ilə fəaliyyət göstərəcək.

Bu yeni qanunla Fransanın ildə 400 milyon avro qazanacağı gözlənilir.
 
Günay

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR