Gəncədə də sosial mənzillər tikiləcək

Gəncədə də sosial mənzillər tikiləcək

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən "MIDA" MMC Gəncə şəhərində də sosial mənzillər tikmək niyyətindədir. 

EkoNews xəbər verir ki, bu məqsədlə çoxmənzilli yaşayış kompleksinin tikintisi üçün ayrılmış 6,23 hektar ərazinin şəhərsalma əsaslandırılmasının işlənib hazırlanması məqsədilə layihə insitutu seçilib. Şəhərsalma sənədləri ilə "Azərdövlətlayihə" Dövlət Layihə İnstitutu məşğul olacaq.

Avqustun 26-da "MİDA" MMC ilə layihə institutu arasında imzalanmış müqavilənin dəyəri 11 min 330 manat (6647 dollar) təşkil edib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR