Fındıq və fındıq məhsullarından gəlir açıqlanıb

Fındıq və fındıq məhsullarından gəlir açıqlanıb

2018-ci ildə Zaqatala rayonundan xaricə 7 min 788 tona yaxın fındıq və fındıq məhsulları ixrac edilib. İxrac nəticəsində ölkəmizə 67 milyon 116 min manat vəsait daxil olub.
 
Bu barədə bölgə müxbirinə Zaqatala Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən məlumat verilib.
 
Qurumdan bildiriblər ki, Prezident İlham Əliyevin kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədilə son illər rayonda davamlı iş aparılır. Belə ki, ötən il rayonun fındıq bağlarından 15 min 69 ton məhsul tədarük olunub. Fındıq istehsalı 2017-ci illə müqayisədə 1 min 647 ton artıb. Ümumiyyətlə, son 4 ildə rayonda fəaliyyət göstərən fındıq emalı müəssisələri 324,4 milyon manatlıq məhsul ixrac ediblər. //Report

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR