“Fiat

“Fiat" və “Renault” birləşə bilər

İtaliyanın "Fiat Chrysler" və Fransanın "Renault" avtokonsernləri arasında birləşmə haqqında danışıqlar bərpa oluna bilər.

EkoNews Trend-ə istinadla xəbər verir ki, danışıqlar bərpa olunduqdan sonra uğurla başa çatarsa, yeni formalaşacaq şirkət Almaniyanın "Volkswagen" və Yaponiyanın "Toyota" şirkətlərindən sonra üçüncü yerdə qərarlaşacaq.

 

Qeyd olunur ki, mayın sonlarında başlayan danışıqlar "Renault" şirkətinə daxil olan "Nissan"ın birləşmə qərarına qarşı çıxmasından sonra dayandırılmışdı.

Hazırda "Renault" şirkətinin "Nissan"da payının azaldılması barədə təklif irəli sürülüb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR