Fermerlərə 8 milyon manat kredit ayırılıb

Fermerlərə 8 milyon manat kredit ayırılıb

Mart ayından aprelin 15-dək Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına yeni qaydalarla 506 kənd təsərrüfatı texnikasının güzəştli şərtlərlə satışı həyata keçirilib.

Kənd Təsərüfatı Nazirliyindən verilən məlumata görə, satılmış texnikanın 411-i "Aqrolizinq” ASC-yə, 95 ədədi isə digər təchizatçılara məxsus olub.

Ümumilikdə, 32 milyon manatlıq texnika satışına görə 12,8 milyon manat dövlət vəsaiti ayrılaraq subsidiya kimi fermerlərin əvəzindən təchizatçılara ödənilib. Bu müddət ərzində Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə 8 milyon manat kredit verib. / Fina.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR