Ekspert:
08 Oktyabr, 13:35   |    Baxış sayı: 139

Ekspert: "Palata şikayətçi axınının qarşısında aciz qaldı"

Prezident İlham Əliyevin Maliyyə Bazarlarına Nəzarət Palatası üçün təsdiq etdiyi yen nizammnaməyə əsasən ötən həftə qurumun publik hüquqi şəxsinin Direktorlar Şurası ləğv olunub.

Palatada baş verən dəyişikliklər sığorta bazarına hansı formada təsir edə bilər? Mümkün dəyişikliklərlə bağlı EkoNews-a danışan sığorta eksperti İlkin İbrahimov bildirib ki, palata şikayətçi axınının qarşısında aciz qalıb: 

"Deyə bilərəm ki, qurumun fəaliyyətsiz hissəsi ləğv edildi və işlək olan İdarə Heyətinə müstəsna səlahiyyətlər verildi. 2 ildir fəaliyyət göstərən MBNP sığorta sahəsində qanun qüvvəli akt tərtib etmədi. Şikayətçi axınının qarşısında aciz qaldılar. Əvvəllər pis-yaşı bir ay müddətinə məktublara cavab verilirdisə, son aylarda məktublara cavab yazmaq belə onlar üçün çətin olmuşdu. Sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxalərin reyestrindəki şəxsləri sadəcə olaraq qeydiyyata almaq kimi göstərilmişdi. Dəfələrlə bu quruma müraciət etmişdim ki, "sığorta ekspertləri"nin komissiyası yaradılsın və sığorta ilə bağlı problemlərə tərəf olan ictimai birliklərdə deyil, məhz MNBP-nin tərkibində yaradılan müstəqil ekspertlər tərəfindən hüquqi qiymət verilsin".

Sığorta problemlərindən danışan ekspert hazırda palatanın bu yöndə yüniliklər edəcəyini düşündüyünü deyib. O, bildirib ki, problemlərin sürətli formada həll edilməsi üçün komissiyaya ehtiyac var:

"Hazırda sürətlə yığımları artan sığorta sektorunda problemlərdən şikayətin daha tez və harada həll olunması müzakirə mövzusudur. Açığı bununla bağlı həm mətbuatda, həm də birbaşa palataya məktublar ünvanlamışam. Hər dəfə sadəcə qeydiyyat xətrinə zəng edib, təkliflərimin dəyərli olmasını və nəzərə alınacağını bildirmişlər. Ən azı bölgələrdə filial və nümayəndəliklərin açılması müsbətə doğru addımdır".