Dövlət bankı Bayraq günü münasibətilə yeni kampaniyaya başladı
08 Noyabr, 10:27   |    Baxış sayı: 30

Dövlət bankı Bayraq günü münasibətilə yeni kampaniyaya başladı

Azər Türk Bank ölkə vətəndaşlarını Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə təbrik edir və bununla əlaqədar olaraq yeni kampaniyaya start verir.

 

Bankın mətbuat xidmətindən EkoNews-a verilən məlumata görə, bu kampaniya ərzində Azər Türk Bankda 12 aydan artıq müddətə İstehlak məqsədi ilə rəsmiləşdirilən nağd pul kreditlərininillik faiz dərəcəsinə 3% həcmində endirim ediləcəkdir.  Kreditin maksimal məbləği 20 min AZN-dir. Qeyd edək ki, müştərinin əməkhaqqından asılı olaraq 10 min manatadək, yaxud məvacibinin üç misli həcmində kreditlər zaminsiz verilir.

 

Kampaniya30 noyabr tarixinədək davam edəcəkdir.

 

Daha ətraflı məlumatı www.azerturkbank.azsaytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.