Dünyanın ən zəngin adamı iki günə kasıbladı
31 Oktyabr, 10:51   |    Baxış sayı: 292

Dünyanın ən zəngin adamı iki günə kasıbladı

"Amazon” şirkətinin qurucusu Ceff Bezos səhmlərin iki gün ərzində dəyərdən düşməsi səbəbindən 19,2 milyard dollar itirib. 

Bununla da o, "Facebook”un sahibi Mark Tsukerberqin rekordunu üstələyib. 

Qeyd edək ki, oktyabrın 26-da NASDAQ birjasında "Amazon”un səhmləri 7,8 faiz, oktyabrın 29-da isə daha 6,3 faiz ucuzlaşıb. 

Analitiklərin fikrincə, buna səbəb üçüncü rüb üzrə hesabatların çap edilməsidir. 

İş ondadır ki, sənəddə gəlirin məbləği gözlənilən rəqəmdən (56,6 milyard dollar) 0,5 milyard dollar az göstərilib. (oxu.az)