Dünya ərzaq qiymətləri düşür

Dünya ərzaq qiymətləri düşür

Birləşmiş Millətlər Təşkilatının (BMT) ərzaq təşkilatının Cümə axşamı günü verdiyi açıqlamaya görə, dünya ərzaq qiymətləri şəkər, taxıl və qarğıdalının kəskin ucuzlaşmalarının təsiri ilə Avqustda aylıq müqayisədə düşüb.Dünya ərzaq qiymətləri ardıcıl 3 aydır geriləyir.
 
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO); taxıl, bitki yağları, ət, süd və şəkər qiymətlərinin aylıq dəyişikliklərini ölçən ərzaq qiyməti indeksi, İyul ayındakı 171.7 olan səviyyəsindən avqustda 169.8-ə düşüb.

Həmçinin FAO 2019-2020 dövründə taxıl ehtiyatlarının əvvəlki gözləntidən daha bol olacağını qeyd edib.

FAO taxıl qiyməti indeksi Avqust ayında buğda və qarğıdalı qiymətlərinin kəskin azalması ilə bir əvvəlki aya nisbətən 6.4% düşüb. Şəkər qiyməti də əvvəlki ayla müqayisədə 4% düşüb. Bunların əksinə, düyünün qiyməti artıb.

Bitki yağlarının 5.9 faiz, ətin 0.5 faiz bahalaşması qiymət azalmalarını tarazlaşdırmayıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR