Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları dəyişdirilib
15 Oktyabr, 19:04   |    Baxış sayı: 58

Domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları dəyişdirilib

Domen adları və IP ünvanlarının idarə edilməsi üzrə korporasiyanın (ICANN) tələb və tövsiyyələrinə əsasən, oktyabrın 11-də bütün dünyada olduğu kimi, Azərbaycanda da domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları dəyişdirilib. 

EkoNews xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) açıqlamasında bildirilir. 

Məlumatda həmçinin deyilir ki, bu texniki əməliyyat uğurla həyata keçirilib. Prossesin ölkəmizdə fəaliyyət göstərən provayderlərə və adi istifadəçilərə heç bir təsiri olmayıb.

NRYTN yanında Elektron Təhlkəsizlik Mərkəzinin məlumatına görə, yeniləmədən sonra 48 saat ərzində davamlı olaraq sistemin monitorinqi aparılıb və istifadəçilərin heç bir resursa daxil olmasında problem qeydə alınmayıb.

Sözügedən kriptoqrafiya açarları 2010-cu ildə yaradılıb. Təhlükəsizlik və internet ünvanlandırma sisteminin bütövlüyünə cavabdehlik daşıyır. Açarlar hər 5 ildən bir dəyişdirilməli olsa da, 2015-ci ildə bir çox ölkələrin provayderlərin hazırsızlıq olması bu prosesi təxirə salmışdı. Əməliyyat dünyada dünyada ilk dəfə olaraq oktyabr ayının 12-də reallaşdırılıb.

ICANN-nın yaydığı məlumata görə, açarların dəyişdirilməsindən ilk 24 saat ərzində bir neçə ölkədə cüzi problemlər qeydə alınsa da, qısa zamanda aradan qaldırılıb.