Dollarla bağlı vacib qərar verildi, gözlənilən oldu
09 Noyabr, 09:47   |    Baxış sayı: 378

Dollarla bağlı vacib qərar verildi, gözlənilən oldu

Ötən gün ABŞ Mərkəzi Bankının (Fed) Federal Açıq Bazar Komitəsinin (FOMC) Noyabr iclası başa çatıb.

EkoNews xəbər verir ki, iclasdan sonra FED növbəti dəfə faiz qərarını açıqlayıb. Belə ki, FED baza faiz dərəcəsini illik 2-2,25% səviyyəsində saxlayıb.
 
Qeyd edək ki, FED 2018-ci ildə üç dəfə faiz dərəcəsini illik 0,25% bəndi və ya 2-2,25% səviyyəsinə qədər artırıb.
 
Analitiklər də FED-in faiz dərəcəsini olduğu kimi saxlayacağını deyirdilər.