“Diqlas”ın söküntüsü başa çatıb

“Diqlas”ın söküntüsü başa çatıb

"Diqlas” ticarət mərkəzinin söküntüsü başa çatıb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nümayəndəsi Seymur Kərimov məlumat verib. O bildirib ki, söküntü işləri artıq yekunlaşıb və tikinti qalıqlarından təmizlənmiş ərazi avqustun 30-da aidiyyəti orqanlara təhvil veriləcək.

Qeyd edək ki, bu il martın 26-da paytaxtın Nizami rayonunda yerləşən 5 mərtəbəli "Diqlas” ticarət mərkəzində yanğın baş verib. Hadisə zamanı vəfat edən olmayıb, 6 nəfər yüngül xəsarət alıb, 10-a yaxın şəxs isə tüstüdən zəhərlənib.

Yanğında 2 hektar ərazisi olan ticarət mərkəzi tamamilə yanıb.
 
Apa

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR