Daha bir bankın vəziyyəti məlum oldu – HESABAT
20 Aprel, 12:18   |    Baxış sayı: 311

Daha bir bankın vəziyyəti məlum oldu – HESABAT

«Ata Bank» ASC 2019-cu ilin birinci rübünün nəticələrini açıqlayıb. İlk üç ayda "Ata bank"ın faiz gəlirləri 8 milyon 627 min manat, faiz xərcləri 5 milyon 620 min manat olub. 

Birincü rübdə "Ata Bank"ın qeyri-faiz gəlirləri 917 min manat, qeyri-faiz xərcləri  5 milyon 297 min manat olub. 

Nəticədə bankın birinci rübdə əməliyyat zərəri  1 milyon 373 min manat olub. 

Bununla yanaşı, "Ata Bank" aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ayırmalardan 1 milyon 500 min manat geri qaytarıb. 

Nəticədə 2019-cu ilin 1-ci rübündə Ata  Bank-ın xalis mənfəəti  127 min manat təşkil edib. 

Xatırladaq ki, «Ata Bank» 2018-ci ilin ilk rübünü 362 min manat mənfəətlə bitirmişdi. 2018-ci ili isə ümumilikdə 67 min manat mənfəətlə bağlamışdı.

Birinci rübdə bankın cəmi aktivləri 2018-ci ilin sonu ilə müqayisədə 0.3% azalaraq 581 milyon 110 min manata yüksəlib. Birinci rübdə «Ata Bank »ın kapitalı azalıb. Bankın cəmi kapitalı 0.8% azalaraq 144 milyon 453 min manatdan, 143 milyon 330 min manata düşüb. //Banker.az