Büdcəyə 2,5 mlrd. manata yaxın vəsait ödənilib – DGK açıqladı

Büdcəyə 2,5 mlrd. manata yaxın vəsait ödənilib – DGK açıqladı

Bu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 mlrd. 487 mln. 555,3 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 537 mln. 396,9 min manat və ya  27,68% çoxdur.
EkoNews Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yeddi ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 98 mln. 809 min manat və ya 19,83% artaraq 596 mln. 928 min manat olub.

Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 364 mln. 468 min manat və ya 27,42% artaraq 1 mlrd. 693 mln. 276,3 min manat, aksizlər 68 mln. 942,9 min manat və ya 73,73% artaraq 162 mln. 447,2 min manat, yol vergisi üzrə daxilolmalar isə 5 mln. 177 min manata və ya  24,98% artaraq 25 mln. 903,8 min manat təşkil edib.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR