Bu ölkədə maaşlar kriptovalyuta ilə veriləcək

Bu ölkədə maaşlar kriptovalyuta ilə veriləcək

Yeni Zelandiya hökuməti rəsmi olaraq ölkədə fəaliyyət göstərən şirkətlərinə əmək haqqı və maaşları kriptovalyuta ilə ödəməyə icazə verib.

EkoNews  bu barədə "The Financial Times” nəşrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, ancaq seçilmiş rəqəmsal valyuta heç olmasa bir qanuni ödəniş vasitəsinə bağlı olmalı və standart ödəniş formasına konvertasiya edilməlidir.

"The Financial Times” nəşri qeyd edir ki, Yeni Zelandiya qanununa əsasən, sentyabr ayından etibarən bu ölkədə maaşlar bitkoində verilə bilər.

Qeyd edək ki, hazırda Yaponiyada da maaşların ödənişi kriptovalyutada həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR