Bu il 867 ipoteka krediti verilib - İPOTEKA FONDU
05 Aprel, 10:13   |    Baxış sayı: 94

Bu il 867 ipoteka krediti verilib - İPOTEKA FONDU

"Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu"nun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

​EkoNews xəbər verir ki, "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu"nun xətti ilə indiyədək 26 min 68 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 272,6 milyon manatdan çoxdur.
 
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 2018-ci ilin sonunadək  25 min 201 ipoteka krediti verilmişdi. Həmin vaxt Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 215 milyon 516 min 850 manatdan çox idi. 

2019-cu ilin ötən dövrü ərzində 57 milyon 83 min manatlıq 867 ipoteka krediti verilib.