Bakıda keçiriləcək sığorta forumunda nələr müzakirə olunacaq?

Bakıda keçiriləcək sığorta forumunda nələr müzakirə olunacaq?

İyunun 28-də Bakıda keçiriləcək IX Azərbaycan Beynəlxalq Sığorta Forumu ("AIIF-2019”) "Azərbaycanda sığorta: trendlər və imkanlar” mövzusunda baş tutacaq. 

EkoNews bu barədə "Report"a istinadən xəbər verir. 

"Forumun məqsədi sığorta sahəsində son trendləri müzakirə etmək, bazarın inkişaf imkanlarını araşdırmaq, işgüzar əməkdaşlığı gücləndirməkdir. Bunun üçün "Qafqaz regionunun inkişaf etməkdə olan sığorta bazarları böyüməyə hazırdır", "Həyat sığortasında yeni prespektivlər", "Azərbaycan bazarının təkrarsığorta həlləri" kimi mövzular müzakirə ediləcək.

Həmçinin Azərbaycanda sığortanın əhatə dairəsinin genişləndirilməsi konteksində "Əmlak sığortası - sığortanın artırılması üçün müasir yanaşmalar", "Kənd təsərrüfatı sığortası - sığortanın əhatəsini yaxşılaşdırmaq üçün rəqəmsal gücdən istifadə", "Avtomobil sığortası - gələcək tənzimləmə problemləri" kimi mövzular da müzakirə obyekti olacaq. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR