BBF-in dəstəklədiyi layihə investisiya cəlb etdi (FOTO)
06 Sentyabr, 14:10   |    Baxış sayı: 58

BBF-in dəstəklədiyi layihə investisiya cəlb etdi (FOTO)

"Baku Business Factory”nin (BBF) dəstəklədiyi "Alkredit” layihəsi investisiya cəlb edib.

"Alkredit.az” portalının təsisçisi "Move Consulting” şirkəti ilə Azərbaycanda konsaltinq və marketinq kommunikasiyaları sahəsində fəaliyyət göstərən "Quality Solutions” şirkəti arasında əməkdaşlıqla bağlı müqavilə imzalanıb. Müqaviləni "Move Consulting” təsisçiləri Elşad Yusifli və Rəşad Eyvazov, "Quality Solutions” şirkətinin direktoru Taleh Tahirli imzalayıblar.

E.Yusifli layihəyə 2015-ci ildən start verdiklərini bildirib. Onun sözlərinə görə, bu ildən bank sektorunun yenidən canlanması "Alkredit.az” portalının genişləndirilməsinə zərurət yaradıb.

"Burada söhbət investisiyanın həcmindən deyil, ciddi strateji əməkdaşlıqdan gedir. Bundan sonra, "Alkredit.az”ın genişləndirilməsi, layihənin böyüməsi, banklarla sıx əməkdaşlığı üçün "Quality Solutions” şirkəti ilə əməkdaşlıq edəcəyik. Biz portala texniki dəstək verəcəyik, portalın texniki imkanlarını genişləndirərək fəaliyyətinin daha da optimallaşdırılması üçün işlər görəcəyik, "Quality Solutions” şirkəti isə portalın fəaliyyətinin genişlənməsində əlindən gələni edəcək”, - deyə E.Yusifli bildirib.

Yeniliklərə gəlincə, E.Yusfli əlavə edib ki, əvvəl "Alkredit.az”da bankların kreditləri müştərilərə təklif edilib: "Bundan sonra isə müştəridən kredit sifarişlərini aldıqdan sonra onu banklara təklif edəcəyik. Bununla da müştəriyə onun şərtlərinə uyğun ən yaxşı bank barədə məsləhət verəcəyik. Müştəri müraciət edərkən bankları seçmir, şərtləri yazır, biz isə onun şərtlərini əməkdaşlıq etdiyimiz banklara göndəririk. Çox qısa zamanda müştərilər üçün portalın IOS və Android sistemlərində mobil tətbiqi versiyası buraxılacaq ki, bu da vətəndaşların müraciət imkanlarını xeyli asanlaşdıracaq”.

"Quality Solutions” şirkətinin direktoru Taleh Tahirlinin sözlərinə görə, "Alkredit.az” kredit əldə etmək üçün müraciət portalı olmaqla, həm banklar, həm də vətəndaşlar qarşısında yeni imkanlar açır.

"Məqsədimiz ilk öncə banklar üçün düzgün müştərinin, müştərilər üçün isə uyğun bankın tapılmasıdır. Yəni, "Alkredit.az” layihəsi ilə biz istiqamətləndirici, vasitəçi funksiyasını icra edirik ki, bu da həm bankların fəaliyyətinə, həm də müştərilərə effektiv təsir göstərir. Başqa sözlə desək, biz banklarla danışıqlar apararaq sərfəli kredit şərtlərini potensial kredit almaq istəyən müştərilərə təqdim edirik. Həmçinin, portala müraciət edən və kredit almaq istəyən müştərilərin təhlilini apararaq müvafiq göstəricilərə malik olan müştəriləri banklara istiqamətləndiririk ki, bu da öz növbəsində bankların işini yetərincə asanlaşdırır. Biz "Alkredit.az” portalının işində məsuliyyətli kreditləşmə prinsiplərindən çıxış edirik ki, bu da banklar üçün sağlam kredit portfelinin yaranmasına kömək edəcək”, - deyə T.Tahirli qeyd edib.

Qeyd edək ki, artıq tam yeni formatda istifadəyə verilmiş portal vasitəsilə indi müştərilər banklardan müxtəlif təyinatlı kreditlər əldə edə, banklar isə düzgün yönləndirilmə nəticəsində müştərilərə sağlam kredit vermək istiqamətində daha effektiv çalışa biləcəklər.

"Alkredit.az" portalı həm banklara, həm də kredit əldə etmək istəyən şəxslərə bir çox üstünlüklər verir. Bu üstünlüklərə portalda bir çox bankların təmsil olunması, kredit almaq istəyənşəxslərin rahat onlayn müraciət imkanı və onların sərfəli şərtlərlə kredit verən banklara yönləndirilməsi daxildir. Bu da öz növbəsində banklar üçün artıq ilkin təhlil edilmiş, sağlam müştəri deməkdir. Nəticədə istər müraciət edən şəxslər, istərsə dəbanklar vaxta qənaət etmiş olurlar. Həmçinin, "Alkredit.az" platforması kredit almaq üçün sərfəli şərtlər təqdim edir. Portal vasitəsilə dörd kredit məhsulu - kredit kartı, istehlak krediti, ipoteka krediti və biznes kreditinin alınması üzrə banklara müraciət etmək mümkündür. Üstünlüklər sırasında sürətli xidmət və müraciət edən şəxslərin məlumatlarının konfidensiallığının tam qorunması da var.

Daha ətraflı məlumatı www.alkredit.az və www.qualitysolutions.az internet saytlarından əldə etmək mümkündür.