Bayramda rayonlardan Bakıya nə qədər sərnişin daşınıb? (STATİSTİKA)

Bayramda rayonlardan Bakıya nə qədər sərnişin daşınıb? (STATİSTİKA)

Avqust ayının 13-nə qədər respublikanın 56 avtovağzal və avtostansiya kompleksindən ümumilikdə 72 922 nəfər sərnişin daşınıb.
EkoNews xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sektor müdiri Nurida Allahyarova bildirib.

Onun sözlərinə görə, bayramın ilk günlərində sıxlıq Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə edilib: "5 gün ərzində regionlardan paytaxta səfər edən sərnişin sayı 12 640 nəfər olub. Regionlardan paytaxta təkcə avqustun 12-də 7 990 nəfər sərnişin daşınıb”.

N. Allahyarova bildirib ki, bu gün avqustun 13-də regionlarımızdan paytaxta səfər edəcək və geri dönəcək sərnişinlər üçün əlavə ehtiyat avtobusları ayrılıb: "Bunu nəzərə alaraq yol iştirakçılarından, xüsusilə şəxsi avtomobil sahiblərindən yollarda ehtiyatlı olmalarını rica edirik. İri tutumlu sərnişin avtobuslarını ötmə əməliyyatı icra etməklə çaşdıraraq, təkcə avtobusun salonundakı 50 sərnişinin həyatına deyil, 50 ailənin həyatına da biganə qalmış olursunuz”

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR