Banklarının bu il təklif etdiyi ən ucuz resurslar avtomobil kreditləri olub

Banklarının bu il təklif etdiyi ən ucuz resurslar avtomobil kreditləri olub

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nın tələbindən irəli gələrək, bu ilin iyunun 30-a Azərbaycanda istehlak kreditləri üzrə orta faiz dərəcələrini açıqlayıb.

İyunun 30-na ölkədə fəaliyyət göstərən banklar tərəfindən kredit kartı vasitəsi ilə milli valyutada verilən kreditlərin orta faiz dərəcəsi 23%, ABŞ dollarında 11%, digər xarici valyutalarda isə 15% təşkil edib.

Məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlərin orta faiz dərəcəsi isə milli valyutada 23%, dollarda isə 13% olub.

Yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlərin orta faiz dərəcəsi müvafiq olaraq 22% və 14%, avtomobil kreditlərinin isə 20% və 19% təşkil edib.

Digər istehlak kreditləri üzrə faiz dərəcəsi milli valyutada 24%, dollarla 6%, digər valyutalarda isə 10% olub.
 
Apa

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR