Bankların müştərilərə verdiyi xalis kreditlər artıb

Bankların müştərilərə verdiyi xalis kreditlər artıb

EkoNews Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, ötən ilin İyul ayının sonu ilə müqayisədə xalis kreditlər 1 milyard 790,6 milyon manat artaraq 31 İyul 2019-cu il tarixində 11 milyard 872,5 milyard manat təşkil edib.

Ötən ilin sonu ilə müqayisədə 2019-cu ilin 7 ayı ərzində bankların müştərilərə verdiyi xalis kreditlər 723,2 milyon manat artıb.

31 iyul 2019-cu il tarixində bankların müştərilərə verdiyi cəmi kreditlər 13 milyard 342,3 milyon manat təşkil edib. Kredit portfelinin 1 milyard 469,8 milyon manatı kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış məqsədli ehtiyatdan ibarət olub.
 




OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR