Bakıya 50 yeni avtobus gətirildi
07 Noyabr, 12:39   |    Baxış sayı: 45

Bakıya 50 yeni avtobus gətirildi

Bakıya 50 yeni avtobus gətirilib.

"Çinar Trans" MMC tərəfindən alınan 50 yeni avtobusun maliyyə dəyəri 5 milyon dollar təşkil edir.

Avtobuslar Türkiyə şirkətindən alınıb. Avtobusların hansı marşrut xətti üzrə hərəkət edəcəyi hazırda məlum deyil.

İlin sonunadək bu şirkət tərəfindən daha 8 avtobusun gətirilməsi nəzərdə tutulur. //AZƏRTAC