Bakının bu küçələrində işıqfor işləmir - SƏBƏB

Bakının bu küçələrində işıqfor işləmir - SƏBƏB

Gecə saatlarında müşahidə edilən yağışla əlaqədar olaraq paytaxt ərazisindəki bəzi yol kəsişmələrindəki işıqforların işində problemlər yaranıb.

Bu barədə EkoNews-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, hazırda 9 küçə və prospekt kəsişməsində işıqforlar işləmir.

1. H.Zərdabi küçəsi-A.Abbasov küçəsi

2. Azadlıq prospekti-N.Gəncəvi küçəsi

3. 28 may küçəsi-A.Puşkin küçəsi

4. A.Puşkin-Ə.Xəqani küçəsi

5. Azadlıq prospekti-Y.V.Çəmənzəminli küçəsi

6. Azadlıq prospekti-M.Araz küçəsi

7. M.K.Atatürk prospekti-M.Araz küçəsi

8. Azadlıq prospekti-M.Mirqasımov küçəsi

9. Ş.İ.Xətai prospekti-N.Quliyev küçəsi

İşıqforların fəaliyyətinin bərpa edilməsi istiqamətində iş aparılır. Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR