Bakının bu ərazisindəki evlər plana düşdü (VİDEO)

Bakının bu ərazisindəki evlər plana düşdü (VİDEO)

Bakı şəhəri, Yasamal rayonu ərazisində 53 yaşayış və qeyri-yaşayış obyektinin söküntüsünə başlanılıb. Buna səbəb Şəfaət Mehdiyev küçəsinin 1 kilometrə yaxın hissəsinin genişləndirilməsidir. Artıq ərazidə söküntü işləri başlayıb və yolun bir hissəsi genişləndirilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişləndirilən yolun bir hissəsinə artıq yeni asfalt örtüyü də vurulub.

Agentliyin sözçüsü Anar Nəcəfli bildirir ki, vaxtilə həmin hissədə evlər və obyektlər tikildiyindən yol həddindən artıq daralıb.

Şəfaət Mehdiyev küçəsinin Əbdürrəhim bəy Haqverdiyev və Landau küçələri arasında olan 1 kilomtrə yaxın hissəsinin eni genişləndirilərək 18 metrə çatdırılır. 1-ci texniki dərəcəyə uyğun olaraq tikilən yol 4 hərəkət zolağından ibarət olacaq.

Üçqat asfalt örtüyü vurulacaq yolda artıq asfaltlama işlərinə başlanılıb. Burada həmçinin vətəndaşların rahat hərəkəti üçün piyada səkiləri yaradılacaq və işıqlandırma sistemi qurulacaq. Yol istifadəyə verildikdən sonra Tbilisi prospekti ilə Hüseyn Cavid prospektinə birbaşa maneəsiz çıxış əldə olunacaq.

Bu da günün pik saatlarında metronun "Elmər Akademiyası" stansiyası yaxınlığında yaranan tıxacın azalmasına gətirib çıxaracaq.

Yolun bu ayın sonuna qədər tam şəkildə istifadəyə verilməsi planlaşdırılır. 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR