Bakıdakı məşhur kinoteatr çayxana edilib - 2 manata çay satılır - VİDEO

Bakıdakı məşhur kinoteatr çayxana edilib - 2 manata çay satılır - VİDEO

Bir zamanlar qarşısında bilet almaq üçün növbə olardı.

Bakının Əhmədli qəsəbəsi, Sixlinski küçəsi 3 ünvanında yerləşən "Bakı” kinoteatrı hazırda daha çox çayxana kimi tanınır. Çünki orada çayxana açılıb.

Kinoteatrın arxa girəcəyində yeni çayxana tikilir. Bu səbəbdən də, hazırda içəriyə giriş bağlıdır.

450 nəfər tamaşaçı tutan salonda köhnə oturacaqlar yerində qalsa da, səhnədə çayxana yaradılıb.

Çayxanaya gələnlərin rahat əylənməsi üçün nərd, domino kimi stolüstü oyunlar da təşkil edilir. Eyni zamanda, içəridə tennis və bilyard stolları qoyulub.

İşçilərdən öyrəndik ki, çayxanaya gələnlərin istəyini nəzərə alaraq, burada həm də kino və futbol oyunları nümayiş olunur. Çayın qiyməti isə 2 manatdan başlayır. Film izləmək istəyənlər isə əlavə olaraq hər adama görə 2 manat pul ödəməlidirlər.

"Bakı” kinoteatrının fəaliyyətinə kim nəzarət edir?

Suala cavab tapmaq üçün Mədəniyyət Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən bildirdilər ki, "Bakı” kinoteatrı özəlləşdirilib:

"Hazırda nazirlik "Bakı” kinoteatrına nəzarət etmir. Özəlləşdirən sahibkar da, onun hansı istiqamətdə işlədəcəyinə qərar verir”, - deyə bildirilib. (Baku.ws)

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR