Bakıda yol çökdü

Bakıda yol çökdü

Bakı şəhərində avtomobil yolunda çökmə baş verib.
EkoNews xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Natavan küçəsində  (Biləcəri əyləncə parkının yaxınlığı) yolun altından keçən və "Azərsu” ASC-nə məxsus kanalizasiya kollektorunda qəza baş verib və nəticədə yolun həmin hissəsində asfalt-beton örtükdə dağılmalar və çökmə qeydə alınıb. Baş vermiş qəzanın aradan qaldırılması üçün sözügedən qurumun əməkdaşları tərəfindən ərazidə qazıntı-bərpa işləri aparılır.

Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR