Bakıda ucuzlaşan və bahalaşan məhsullar (SİYAHI)

Bakıda ucuzlaşan və bahalaşan məhsullar (SİYAHI)

2019-cu ilin iyun ayında Bakı şəhəri üzrə istehlak məhsullarının və xidmətlərin qiymətləri may ayına nisbətən 0,4 faiz ucuzlaşıb, 2019-cu ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 2,9 faiz bahalaşıb.
 
EkoNews-un məlumatına görə, 2019-cu ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri may ayına nisbətən 1,0 faiz ucuzlaşıb, 2019-cu ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 2,2 faiz bahalaşıb.

2019-cu ilin iyun ayında qeyri-ərzaq məhsullarının qiymətləri may ayına nisbətən 0,1 faiz ucuzlaşıb, Hesabat dövründə əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 1,5 faiz bahalaşıb.

2019-cu ilin iyun ayında əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri may ayına nisbətən sabit qalıb, 2019-cu ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 4,6 faiz bahalaşıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR