Bakıda su qiymətinə 15 avtomobil satılacaq

Bakıda su qiymətinə 15 avtomobil satılacaq

Bakıda iki nazirliyin avtomobilləri hərrac yolu ilə satılacaq.

Daxili İşlər Nazirliyi ilə Təhsil Nazirliyi balanslarında olan istifadəsiz avtomobilləri hərraca təqdim ediblər.

Hərrac mayın 7-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçiriləcək.  

Hərraca ümumilikdə 15 avtomobil təqdim edilib.

Onlardan biri Təhsil Nazirliyinə, qalanları isə DİN-ə məxsusudur. Təhsil Nazirliyi hərraca 1990-cu ilin "MTZ-80” markalı avtomobilini təqdim edib. Avtomobilin ilkin start qiyməti 2000 manatdan başlayır.

DİN isə hərraca 5 ədəd UAZ, 4 ədəd "Fiat Doblo”, "Kamaz”, "Ural”, VAZ və "Zil” markalı avtomobillər təqdim edib. Avtomobillərin əksəriyyəti Daxili Qoşunlara məxsusdur.

Hərracın ən yüksək qiymətə təqdim edilən avtomobili də məhz Daxili Qoşunlara məxsus "Kamaz-4310” yük maşınıdır. Avtomobilin ilkin start qiyməti 7000 manatdan başlayır. //Bakucity.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR