Bakıda 4 ağacı kəsdi, 2960 manat cərimələndi

Bakıda 4 ağacı kəsdi, 2960 manat cərimələndi

Bakıda 4 ağacı kəsən şəxs 2960 manat məbləğində cərimə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Ekonews-a verilən məlumata görə, nazirliyin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Yasamal rayonu A.Abbasov küçəsi 78 ünvanında köküstə yaş müxtəlif cinsli 4 ağacın kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacların Sabunçu rayon sakini Rövşən Əkbərov tərəfindən kəsildiyi müəyyən olunub. 

Faktla bağlı təqsirkar barəsində akt, protokol tərtib edilib və ona 2960 manat məbləğində cərimə tətbiq olunub.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR