“Bakı Telefon Rabitəsi” yenidən təşkil olunur
24 Oktyabr, 10:20   |    Baxış sayı: 73

“Bakı Telefon Rabitəsi” yenidən təşkil olunur

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi” MMC (BTR) yenidən təşkil olunur.

EkoNews xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin "Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Məlumata görə, buna səbəb "Meqa-Telekom” MMC-nin, eləcə də Rabitə qurğularının təmiri və tikintisi idarəsinin və Bakı Avtomat Telefon Qovşağının BTR-ə qoşulmasıdır.