Bakı sakini lotereyadan 439 min manat uddu - REKORD
10 Yanvar, 20:06   |    Baxış sayı: 769

Bakı sakini lotereyadan 439 min manat uddu - REKORD

"Azərlotereya” tarixində ən böyük 3 uduşun məbləği açıqlanıb.
 
Azərbaycan Respublikasının ərazisində bütün növ lotereyaların keçirldiyi müddətdə ən böyük uduş 16 sentyabr 2013-cü il tarixində "6/40” lotoreyasının 520-ci tirajında olub.
 
Uduş  439 min 30 manat, qalib isə Bakı şəhəri sakini Məmmədsalahov Siyavuş adlı şəxs olub.

İkinci ən böyük uduşun sahibi  isə 19 fevral 2015-ci ildə "5/36" lotereyasında "Cek Pot"un qalibi Astara rayon sakini Əliyev Yaşardır. O, 205.370 manat qazanıb.
 
"Azərlotereya” ASC tarixində 3-cü  ən böyük "Cek Pot” uduşu 29 iyun 2018-ci ildə qeydə alınıb. Space telekanalının canlı efirində "Azərlotereya” ASC-nin təşkil etdiyi "6/40” lotereyasının 1964-cü tirajında 285 070 manata yüksəlmiş "Cek Pot”u "051245” nömrəli biletin sahibi qazanıb. //Modern.az