Bakı Metropoliteni 50 yeni vaqon alacaq
09 Noyabr, 10:35   |    Baxış sayı: 21

Bakı Metropoliteni 50 yeni vaqon alacaq

Gələn il yeni stansiyanın açılışı və vaqon parkındakı köhnə qatarların yenilənməsi ilə əlaqədar olaraq Rusiyanın "Metrovaqonmaş” ASC şirkətindən 50 ədəd vaqon alınacaq.
 
Bu barədə "Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov məlumat verib.

Onun sözlərinə görə, vaqonlardan 20 ədədi (4 qatar) yeni "Bənövşəyi” xətdə, 30 ədədi (6 qatar) isə köhnə xətlərdə istismar olunacaq. //Azvision.az