Bakı, Gəncə, Göygöl və Samuxun bir hissəsində qaz təchizatı dayandırılıb

Bakı, Gəncə, Göygöl və Samuxun bir hissəsində qaz təchizatı dayandırılıb

Bu gün saat 09:00-dan 18:00-a qədər aşkar edilmiş qaz sızmalarının ləğvi məqsədilə Gəncə şəhərinin bir hissəsi, Göygöl və Samux rayonlarının bəzi yaşayış məntəqələrində qaz təchizatı dayandırılıb. 

EkoNews bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir. 

Məlumatda həmçinin deyilir ki, bundan başqa saat 09:00-dan etibarən işlər başa çatanadək Xəzər rayonu, Mərdəkan Bağlar yaşayış sahəsi, Mərdəkan yeni yaşayış massivi, "Stansiya Qala” adlanan yerdə də qaz verilişində fasilələr başlayıb. Bu zaman "Qaz İxrac” İdarəsinin "Zabrat-Buzovna-Türkan” magistral qaz kəmərinin bir hissəsi dayaqlar üzərinə qaldırılacaq.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR