"Azəriqaz" 251 mindən çox istehlakçıya xidmət edib

SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2018-ci il ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı "ASAN Kommunal”, 4, 5 saylı "ASAN xidmət” mərkəzlərinə və "Səyyar ASAN” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, İmişli, Masallı, Qəbələ, Quba, Mingəçevir, Şəki həmçinin Gəncə şəhərində yerləşən "ASAN Xidmət” mərkəzlərinə ümumilikdə 251 542 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin edilib.

Bu barədə "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, istehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə İstehsalat Birliyi bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək. //Report

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR